Advertisement

İsveçrədə Saharadan gələn qum tozu müşahidə olunur

Bakı. Trend:

Saharadan İsveçrəyə külək ilə qum tozu gəlib.

Trend-in məlumatına görə, bu barədə İsveçrənin “24heures”
portalı xəbər verib.

Ümumilikdə, ekspertlərin fikrincə, söhbət Şimali Afrikadan gələn
180 min ton qum tozunun incə hissəciklərindən gedir.

İsveçrə mediası qeyd edib ki, əksər hallarda bu hadisə
insanların sağlamlığına ciddi təsir göstərmir.

İsveçrənin “MeteoSuisse” meteoroloji xidməti “X” sosial
şəbəkəsində bildirib ki, ölkədə görünüş və günəş işığının səviyyəsi
aşağı düşüb.