Advertisement

Ermənistan DİN Qarabağı könüllü tərk etmiş erməniləri silahlarını təhvil verməyə çağırıb

Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk etmiş erməni mənşəli şəxsləri qanunsuz saxladıqları silahları təhvil verməyə çağırıb.

APA xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, həmin silah-sursat sonrakı mərhələdə nazirlikdə qeydiyyata alınacaq.

Nazirlikdən ov tüfəngləri ilə yanaşı, bu ölkənin ərazisinə qanunsuz olaraq keçirilən tapançaların da könüllü şəkildə təhvil verilməli olduğunu bildirilib.