Advertisement

Ukrayna Qara dənizdə Rusiyaya məxsus qaz qurğusunu vurub, 40-a yaxın şəxs ölüb

Ötən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Qara dənizdə Rusiyanın qaz qurğusuna hücum edib.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk zərbənin internetdə yayılan videosunu şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya bu yerdən mülki gəmiçiliyə təhlükə yaratmaq məqsədilə GPS saxtakarlığı edirmiş.

Hücum nəticəsində 40-a yaxın heyətin məhv edildiyi vurğulanıb.