
Bakı. Trend:
Misir, Fransa və İordaniyanın xarici işlər nazirləri Qəzza
zolağında Beynəlxalq Ədalət Məhkəməsinin təsdiq etdiyi bütün
müvəqqəti tədbirlərin dərhal həyata keçirilməsinə çağırıblar.
Trend-in
məlumatına görə, müvafiq müddəa nazirlərin Qahirədə keçirilən
üçtərəfli görüşünün yekunları üzrə dərc olunmuş kommünikedə yer
alıb
“Nazirlər Beynəlxalq Ədalət Məhkəməsinin cari ilin 26 yanvar və
28 mart tarixlərində müəyyən etdiyi bütün müvəqqəti tədbirlərin
həyata keçirilməsinə, xüsusilə də Qəzza zolağının bütün ərazilərinə
humanitar yardımın dərhal, maneəsiz və təhlükəsiz çatdırılmasını
təmin etməyə çağırıblar”, – deyə sənəddə qeyd olunub.
Bununla bağlı Misir, Fransa və İordaniya xarici işlər nazirləri
İsraildən “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə
uyğun olaraq Qəzza zolağına çatdırılan yardımın həcmini artırmaq
üçün onunla sərhəddəki bütün quru keçid məntəqələrini işə salmağı”
tələb ediblər.





























