Advertisement

Britaniyada iğtişaşlar fonunda mindən çox şəxs saxlanılıb

Birləşmiş Krallığın immiqrantlara qarşı iğtişaşlarla əlaqədar mindən çox şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Krallığın Milli Polis Rəisləri Şurası məlumat yayıb.

“Avqustun 13-nə olan məlumata görə, 1024 nəfər həbs edilib, 575 ittiham irəli sürülüb”, – məlumatda deyilir.