
Bakı. Trend:
Serbiya prezidenti Aleksandr Vuçiç baş nazir postuna ölkənin
müdafiə naziri Miloş Vuçeviçin namizədliyini irəli sürüb.
Trend-in
məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.
“Baş nazirin müavini və müdafiə naziri kimi məsuliyyətli və
mühüm funksiyaları yerinə yetirdiyini nəzərə alaraq, Miloş Vuçeviçə
etimad edirəm”, – deyə A.Vuçiç bildirib.
Bir vaxtlar baş nazir olan Vuçeviçin hakim Serb Tərəqqi
Partiyasının üzvləri və onun bəzi müttəfiqlərinin daxil olacağı
kabinet formalaşdıracağı gözlənilir.





























