
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
17.55
Ağstafada bir nəfər Kür çayında batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində qeydə alınıb.
Əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.

























