Advertisement

İran İsrailə hücum təhdidindən geri çəkilməyib

Məlumatlar İranın İsrailə hücum təhdidindən əl çəkmədiyini göstərir.

APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə bildirib.

Onun sözlərinə görə, kəşfiyyat məlumatları İranın İsrailə potensial hücum təhdidindən əl çəkmədiyini göstərir.

Kirbi qeyd edib ki, ABŞ vəziyyəti yaxından izləyir.