Advertisement

Şəmkirdə azyaşlını traktor vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.

Hərəkətdə olan traktor 14 yaşlı R.Əsgərovu vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır