Advertisement

Xocalıda tapılan məzarlıq yerinə bugün baxış keçiriləcək

Bakı. Trend:

Martın 28-də Xocalıda tapılmış məzarlıq yerinə bu gün
mütəxəssislər tərəfindən baxış keçiriləcək.

Bunu Trend-in Xocalıya ezam olunmuş əməkdaşına açıqlamasında
Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi
qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, ərazi qiymətləndirildikdən sonra həmin
ərazidə qazıntı ekskumasiya işləri aparılacaq”, – deyə E. Səmədov
əlavə edib.

Xəbər yenilənəcək