Advertisement

Xocalı soyqrımı 20-ci əsrin ən dəhşətli hadisəsidir – Məsim Məmədov

Bakı. Trend:

Xocalı soyqrımı 20-ci əsrin ən dəhşətli hadisəsidir.

Trend-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim
Məmmədov deyib

Onun sözlərinə görə, Xocalı soqyrımına siyasi qiymət verilməsi
istiqamətində ilk addım Ulunu Öndər Heydər Əliyev tərəfindən
atılmışdır.

“Sistemli fəaliyyət nəticəsində 18 ölkədə bu hadisə soyqrım
tanınmışdır. Lakin beynəlxalq aləmdə bu soyqrıma düzgün qiymət
verilməmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ili Vətən
müharibəsində və lokal anti-terror əməliyyatlarında Xocalı
soyqrımının qisası döyüş meydanında alınmışdır”, deyə M. Məmmədov
əlavə edib.

M.Məmmədov bildirib ki, Xocalıda aşkar olunmuş kütləvi
məzarlıqlar erməni vadnalizminin sübtudur. Gələcəkdə Xocalıda
kütləvi məxarlıqların aşkarlanması istisna olunmur.