Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad edilmiş ərazilərə növbəti səfəri başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, səfərdə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və İşçi qruplarda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edir.
Səfər çərçivəsində Cəbrayıl rayonu ərazisində minalanmış və hərbi sursatlarla çirkləndirilimiş sahələrdə aparılan təmizləmə işlərinə baxış keçiriləcək. Daha sonra Laçın rayonunda İşçi qrupun növbəti iclasının keçirilməsi planlaşdırılır.























