Advertisement

Cəbrayılın Cocuq Mərcanlı kəndində minaların zərərsizləşdirilməsi əməliyyatı icra olunub

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qruplarının iştirakı ilə Cəbrayılda aşkar olunmuş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi icra olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aşkar olunmuş minalar partlayış yolu ilə zərərsizləşdirilib.