Advertisement

Xocalıda insan qalıqları aşkarlan yerdən GÖRÜNTÜLƏR (FOTO)

Xocalı. Trend:

Xəbər verdiyimiz kimi, martın 28-də martın 28-də işğaldan azad
edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su
anbarının yaxınlığında insan qalıqları aşkarlanıb.

Trend-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, ərazidə
aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması
müəyyən edilib.

Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər
davam etdirilir.

Trend-ə açıqlamasında Əsir və itkin düşmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar
Səmədov bildirib ki, ərazi qiymətləndirildikdən sonra qazıntı
ekskumasiya işləri aparılacaq.

İnsan qalıqlarınən tapıldığı ərazidən görüntüləri təqdim
edirik: