
Bakı. Trend:
Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyasının Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31
Mart – Azərbaycanlıların Soyqırımı Gününün 106-cı ildönümünə həsr
olunmuş anım tədbiri keçirilib.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində düzənlənən
tədbirdə Ulu Öndərin, faciə qurbanlarının və torpaqlarımızın
azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini
Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev,
Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin
anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid
Vidadi Zalovun atası Nizami Zalov, “Xüsusi Təyinatlı Qüvvələrin
Şəhid Ailələri Və Veteranları” İctimai Birliyinin Abşeron Rayon
Təşkilatının sədri Süleyman Cəfərov, Vətən Müharibəsi iştirakçısı
Vasif Allahverdiyev, AVMVİB-nin sədri Cabbar Cabbarov, Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin Abşeron filialının sədri Xudakərim Əhmədov, Milli
Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Tərlan Mahmudov,
“Dəmir Yumruq” İçtimai Birliyinin Abşeron filialının sədri Teymur
Haqverdiyev və Qazi Vidadi Əliyev çıxış edərək bildiriblər ki,
ermənilər Azərbaycan torpaqlarında məskunlaşmalarına baxmayaraq
dəfələrlə xalqımıza qarşı soyqırımlar həyata keçiriblər. Qeyd
edilib ki, erməni millətçilərinin mifik “Böyük Ermənistan”
ideyasını gerçəkləşdirmək məqsədilə məqsədyönlü şəkildə soyqırım,
etnik təmizləmə və deportasiya siyasətini həyata keçiriblər. Qan
yaddaşımızda dəhşətli iz buraxan böyük faciələrdən biri də 1918-ci
ilin 30 mart və 3 aprel tarixləri arasında bolşevik-erməni silahlı
dəstələri tərəfindən Azərbaycan torpaqlarında törədilən kütləvi
qırğınlar olub. Bu faciə zamanı on minlərlə dinc azərbaycanlı
yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.
Çıxışçılar Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı
əhaliyə qarşı törədilən ağılasığmaz vəhşiliklərdən, günahsız
insanların xüsusi qəddarlıqla qətlə yetirilməsindən ətraflı
danışaraq qeyd ediblər ki, ermənilər imkan düşən kimi xalqımıza
qarşı davamlı genosid və işğalçılıq siyasəti yürüdüblər. Ona görə
də ermənilərin çoxillik düşmənçilik siyasətini və onların
xalqımızın başına gətirdiyi müsibətləri heç vaxt unutmamalıyıq.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dəmir Yumruğu”
ətrafında sıx birləşən xalqımız və rəşadətli ordumuz Vətən
Müharibəsində düşmən üzərində şanlı qələbə qazandıqdan sonra
ermənilərin “Böyük Ermənistan” mifini darmadağın edildi. Bununla da
soyqırım qurbanlarının qisası alınıb və düşmənin işğalçılıq
siyasəti tamamilə məhv edilib. Artıq Azərbaycan güclü ölkədir və
qalib ordumuz baş verəbiləcək istənilən hərbi təxribatı harda
olmasından asılı olamarayaraq qarşısını almağa qadirdir.





























