Advertisement

Ermənistanda keçmiş komissiya sədri Baş Prokurorluğa çağırılıb

Ermənistanın İqtisadi Rəqabətin Qorunması üzrə Dövlət Komissiyasının keçmiş sədri Artak Şaboyan və onunla əlaqəsi olan bir neçə nəfər ölkənin Baş Prokurorluğuna çağırılıb.

APA-nın “Armenia Today” saytına istinadən xəbərinə görə, çağırış bu şəxslərin barələrindəki cinayət işinin materialları ilə tanış olmaq məqsədilə həyata keçirilib.

O da məlum olub ki, A. Şaboyan və onunla əlaqəli Marieta Manukyan və Kristine Eqiazaryanın adına qeyri-qanuni olaraq rəsmiləşdirilən əmlakın müsadirəsi üzrə protokol tərtib olunub.

A. Şaboyan sözü gedən vəzifədə 2010-2019-cu illərdə işləyib, sonra isə öz istəyi ilə işdən çıxıb.