
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan
ölkədə keçirilən bələdiyyə seçkiləri çərçivəsində səs veriblər.
Trend xəbər verir ki, ölkə başçısı və birinci xanım İstanbulun
Üskudar rayonunda yerləşən 3308 saylı seçki məntəqəsində səsvermə
hüquqlarından istifadə ediblər.
Qeyd edək ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri yerli
vaxtla saat 08:00-də başlayıb və 17:00-də başa çatacaq.
Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973
rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və
tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən
ediləcək.
Türkiyə Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin
təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı,
eləcə də könüllülər təmin edir.





























