
Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Moskva
ilə münasibətlərində artan problemləri “gizlətməyin” mümkün
olmadığını deyib.
Trend xəbər verir ki, Mirzoyan həm də Azərbaycanı növbəti dəfə
“etnik təmizləmə”də ittiham edib.
Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol
Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının
sədri Ursula fon der Lyayenin üçtərəfli görüşü nəzərdə tutulub.
Gözlənilir ki, tərəflər Ermənistan üçün təhlükəsizlik təminatlarına
dair sənəd imzalayacaqlar.
Moskva rəsmiləri deyirlər ki, Brüsseldə gözlənilən görüş
Rusiyada narahatlıq yaradır.
“Vaşinqton, Brüssel və İrəvan 5 apreldə gözlənilən yüksək
səviyyəli görüşün niyə bir çoxları arasında “narahatlığa” səbəb
olduğuna təəccüblənirlər. Onlar bu görüşün heç bir üçüncü tərəfə
qarşı yönəlmədiyini iddia edirlər, amma bu cür hadisələr Rusiyada
narahatlıq yaradır, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza
açıq şəkildə Rusiyaya qarşı olduqlarını deyirlər”, – Rusiya Xarici
İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.





























