Advertisement

İsrailin baş naziri əməliyyat olunacaq

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün bel yırtığına görə
əməliyyat olunacaq.

Trend xəbər verir ki, Baş nazir postunu müvəqqəti olaraq baş
nazirin müavini və ədliyyə naziri Yariv Levin tutacaq.

Əməliyyat tam anesteziya altında aparılacaq. Bel yırtığı ötən
gecə adi müayinə zamanı aşkarlanıb.