
“BakıSığorta” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
“APA-Economics” bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, Nəcəfov Behbud Çingiz oğlu və Rəhimov Murad Arif oğlu ümumilikdə 13,89% payını “Bank Respublika”ya satıb. Nəticədə sözügedən bankın “Bakısığorta”dakı payı 79.42%-dən 93.32%-ə yüksəldib.
Hazırda digər səhmdar “Ekolizinq” MMC 6.68%-lik paya və ya 785 səhmə sahibdir.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.

























