
Bakı. Trend:
İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat
üçün “əməliyyat planlarını təsdiqləyib”.
Trend-in
məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu
mətbuat konfransında deyib.
Baş nazirin sözlərinə görə, İsrail ordusu bu şəhərdən mülki
əhalinin təxliyə olunması ilə bağlı hazırlıqlar aparır.
“Rəfaha daxil olacayıq və [orada] qalan “HƏMAS” batalyonlarını
məhv edəcəyik”, – deyə o əlavə edib.
B.Netanyahunun sözlərinə görə, “Rəfəha daxil olmadan və oradakı
“HƏMAS” batalyonlarını məhv etmədən Qəzza zolağında müharibədə
qələbə olmayacaq”.





























