Advertisement

ABŞ qüvvələri Yəməndə Husilərə məxsus iki PUA-nı məhv edib

ABŞ ordusu Yəməndə husi üsyançılarının bir pilotsuz suüstü gəmisini və bir pilotsuz uçuş aparatını məhv edib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” səhifəsində məlumat verib.

ABŞ ordusu iddia edir ki, pilotsuz təyyarələr regiondakı Amerika, koalisiya və ticarət gəmiləri üçün birbaşa təhlükə yaradır.