Bakı. Trend:
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin
nəticələri aprelin 1-də açıqlanacaq.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının
rəhbəri Əhməd Yener məlumat verib.
“Səslərin hesablanması davam edir. Biz seçkilərin nəticələrini
bazar ertəsi elan etməyi planlaşdırırıq”, – deyə o bildirib.
Xatırladaq ki, martın 31-də Türkiyədə yerli özünüidarəetmə
orqanlarına seçkilər keçirilib. Səsvermə yerli vaxtla saat 8:00-dan
17:00-dək davam edib.





























