
Bakı. Trend:
“Telegram” monetizasiyaya başlayıb, auditoriyası 1 mindən çox
olan kanalların müəllifləri reklam gəlirinin 50 faizini alacaq.
Trend-in
məlumatına görə, bu barədə messenjerin saytında bildirilib.
“Bu gündən etibarən 1 min və ya daha çox abunəçisi olan ictimai
kanalların sahibləri öz kanallarında göstərilən reklamdan əldə
etdikləri gəlirin 50%-ni mükafat olaraq ala bilərlər”, – deyə
bildirilib.
Bildirilib ki, reklam üçün ödənişin təmin edilməsi və
vəsaitlərin çıxarılması üçün şirkət TON blokçeynindən istifadə
edəcək.





























