
Bakı. Trend:
PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən Bakı
Fond Birjasında “Kapital Bank” ASC-nin sənədsiz, adlı, faizli,
təmin edilməmiş istiqrazları yerləşdiriləcəkdir.
Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal
dəyəri 100 ABŞ dolları, ümumi həcmi 35 000 000 ABŞ dolları, tədavül
müddəti 7 il təşkil edir. PAŞA Kapital İnvestisiya Şirkəti
vasitəsilə əldə edə biləcəyiniz bu istiqrazlar investorlara illik
7% gəlirlilik təqdim edir. Kupon faizlərinin ödənişi hər 90 təqvim
günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq
həyata keçiriləcəkdir. İstiqrazlar Bakı Fond Birjasında abunə
yazılışı üsulu ilə yerləşdiriləcəkdir. Abunə yazılışının başlanma
tarixi isə ən azı 1 iş günü qalmış açıqlanacaqdır. Qeyd edilmiş
qiymətli kağızlarla maraqlanan və abunə yazılışında iştirak etmək
istəyən investorlar istiqrazların anderrayteri olan PAŞA Kapital İnvestisiya
Şirkəti QSC-ə müraciət edə bilər.
Müraciət üçün əlaqə nömrəsi: 1548



























