
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil; “Qazel” markalı yük avtomobili “VAZ” markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

























