
İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri Qətərin “Al Jazeera” telekanalının İordan çayının qərb sahilindəki Ramalla şəhərində yerləşən ofisinə daxil olub.
APA xəbər verir ki, bu barədə yayımcının “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İsrail hərbçiləri ofisin 45 gün müddətinə bağlanmasını tələb ediblər.
























