
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Abay Kunanbayev küçəsində “Mazda” markalı avtomobilin sürücüsü nişanın qadağan olunan ərazisində geriyə dönərkən qarşıdan gələn “Mercedes” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Toqquşma nəticəsində “Mazda” markalı nəqliyyat vasitəsinin sürücüsü ağır xəsarət alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.

























