Advertisement

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

Milli Məclisin İntizam komissiyasının sədri məlum olub.

APA-nın xəbərinə görə, Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib.

***

saat 17.46

Parlamentin İntizam komissiyası təşkil edilib.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclis qərar verib.

Milli Məclisinin İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:

– Cəfərov Kamal Xaqani oğlu,

– Həsənova Afət Əbil qızı,

– İbrahimqızı Məlahət İbrahim qızı,

– İbrahimov Eldar Rza oğlu,

– Qafarov Kamaləddin Nəsrəddin oğlu,

– Məhəməliyev Nəsib Məhəmməd oğlu,

– Məmmədov Hikmət Baba oğlu,

– Məmmədov Məşhur Şahbaz oğlu,

– Mollazadə Asim Nazim oğlu,

– Möhbalıyev Səttar Suliddin oğlu,

– Səfərov Nizami Abdulla oğlu.