
Bakı. Trend:
Ötən həftə, Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “III
Aqrobiznesin İnkişafı Forumu” keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat
Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin,
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər
şəxsləri, nazirliklərin tabeli qurumlarının, Mərkəzi Bankın, ölkədə
fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq
təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə kənd təsərrüfatının maliyyələşdirilməsində uğur
hekayələrindən bəhs olunub, uğurla maliyyələşdirmə əldə etmiş və
əməliyyatlarını genişləndirmiş yerli təsərrüfatların və ya
aqrobizneslər barədə video təqdimatlar keçirilib. Daha sonra kənd
təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta
fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin
dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə
sahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirak
edən müvəkkil kredit təşkilatlarına mükafatlar təqdim olunub.
Ölkəmizdə sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının
inkişafına və maliyyələşməsinə böyük dəstək verən Bank
Respublika “2023-cü ildə say və məbləğcə fermerlərə ən çox kredit
ayıran bank” nominasiyasında mükafat qazanıb.
Qeyd edək ki, Bank Respublika ötən il Aqrar Kredit və İnkişaf
Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və Kredit
Zəmanət fondu ilə aktiv əməkdaşlıq edərək fermerlərə ən böyük
həcmdə güzəştli kredit təqdim etmişdir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,
linkedin,
telegram
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



























