Advertisement

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının Neapol 145 ünvanı üzrə ərazi partiya təşkilatında
partiya üzvləri ilə növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs edib.
Bildirib ki, partiyanın keçdiyi keşməkeşli, eyni zamanda, şərəfli
yola nəzər saldıqda YAP-ın ümumxalq partiyası kimi Azərbaycanın
inkişafında, tərəqqisində, xalqın sosial rifah halının daha da
yaxşılaşdırılmasında əhəmiyyətli rolunu görürük. “Güclü dövlət,
yüksək rifah!” partiyanın fəaliyyətinin əsas prinsipidir.

Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının müasir müstəqil
ölkəmizin inkişafındakı rolundan bəhs edərək onu da vurğulayıb ki,
Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da
inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü
təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da
güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni
Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası
olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə
doğru inamla irəliləyir. Tarixi Zəfərimizin reallıqları fonunda
2021-ci ildə VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının
qəbul etdiyi yeni qərarlar partiyanın sonrakı inkişafında öz sözünü
deyir. Suverenliyimizin tam bərpası fonunda yeni dövrə qədəm
qoyulması, bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral
prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə
namizədi cənab İlham Əliyevin qələbəsi partiyanın gələcəyə daha
böyük inamla addımlamasında stimulverici amilə çevrildi. Cənab
İlham Əliyev VII qurultayda belə bir əminliyi ifadə etmişdir ki,
YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində
olacaq.

YAP Xətai rayon təşkilatının sədri ərazi bütövlüyü və
suverenliyi tam bərpa edilən Azərbaycanın yeni hədəflərə doğru
inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas
çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin
miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma
yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident
İlham Əliyevin yürütlüyü siyasətin təbliğatçısı olan hər bir YAP
üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini
verməyə çalışır.

Sonra təşkilatı məsələlərə baxılıb. Günel Bağırova YAP Xətai
rayon təşkilatının Neapol 145 ünvanı üzrə ərazi partiya
təşkilatının sədri, Yeganə Sadıqova isə sədr müavini
seçiliblər.