Advertisement

FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə APA-ya FHN-dən xəbər verilib.

Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.