
Bakı. Trend:
Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub.
Trend xəbər verir ki, hadisə Yaroslavl vilayətinin Berendeyevo
şəhərində baş verib.
Belə ki, idarə olunan keçiddə sərnişin avtobusu ilə sürət qatarı
toqquşub.
Qəza nəticəsində 7 nəfər ölüb.
Hadisənin səbəbləri barədə araşdırmalara başlanılıb.





























