Advertisement

Aİ-nin maliyyələşdirilməni dayandırması Gürcüstandakı layihələrə təsir etməyəcək

Avropa İttifaqının Gürcüstana maliyyəni dayandırmaq qərarı respublikada layihələrin həyata keçirilməsinə təsir etməyəcək.

APA xəbər verir ki, bunu “Rustavi 2” telekanalına Gürcüstan hökuməti sədrinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili çıxış edib.

Onun sözlərinə görə, Gürcüstan mövcud layihələrin heç birini dayandırmayacaq və onların həyata keçirilməsi üzərində işləməyə davam edəcək.