
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının dünya üzərində 800-ə yaxın bazası
var. Bu bazalara ildə təxminən 200 milyard dollar vəsait xərclənir.
Təbii ki, ABŞ bu bazaları səbəbsiz yerə münasib olmayan yerlərdə
açmır. Bu bazalar tamamilə ABŞ-nin maraqlarına xidmət edir.
Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı
keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz
deyib.
O qeyd edib ki, bu ölkə həmin bazalar vasitəsilə dünyanı ABŞ-dən
idarə edəcək.
“Bu prizmadan baxsaq, ABŞ-nin “soyuq müharibə” dövründə artıq
Avropada çox böyük bazası var idi. Yeni dövrdə, xüsusilə
Balkanlarda, Yunanıstanda və Yaxın Şərqdə uzun müddətdir mövcuddur.
ABŞ-nin ATƏT-in Minsk qrupu ilə gözlətdiyi Ermənistan-Azərbaycan
münaqişəsi, ya da Ermənistanın haqsız işğalı deyək, bu zaman
çərçivəsində Qafqazla bağlı heç bir hərəkət olmadı.
Gürcüstan, Ermənistan və Azərbaycanı NATO-ya daxil etmək
cəhdləri olub. Amma orada da çox uğurlu olduğunu demək olmaz.
İndiki mərhələdə 5 aprel Brüsseldə ABŞ-Aİ-Ermənistan arasında
keçiriləcək konfransda Ermənistanı qoruma paktı ola bilər. Təbii
ki, bu paktın əsas məqsədi nədir? Amerika Birləşmiş Ştatlarının
Ermənistanda bazasının yaradılmasını Cənubdan Rusiyanı, şimaldan
İranı əhatə etməsi, Azərbaycana və Türkiyəyə qarşı varlığını
qoruyub saxlamaq, hadisələrə təsir etməyə çalışmaq kimi
dəyərləndirilə bilər. Təbii ki, bu,bölgəyə sülh, xoşbəxtlik,
sabitlik, iqtisadi inkişaf gətirmir. Yaxın Şərqdə, Afrikada olduğu
kimi, qan gölünə çevirər.
Böyük dövlətlərin münaqişə və rəqabət sahəsində olması bu
regiona heç vaxt sülh gətirməyəcək. Amerika Birləşmiş Ştatlarının
məqsədi budur. Bu yolla dünyanı daha yaşanmaz, xaotik,
münaqişələrin və münaqişə zonalarının olacağı bir bölgəyə çevirir.
Türkiyə, Azərbaycan, Rusiya, daha sonra İran buna müqavimət
göstərməli, lazımi tədbirləri görməlidir.
Türkiyə ilə Azərbaycan arasında mövcud siyasi, hərbi və iqtisadi
əlaqələr artıq ABŞ-nin atdığı addımların iki ölkə və iki dövlətə
təsirini minimuma endirəcək infrastruktura malikdir”, – deyə
Y.Karauz bildirib.





























