
Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinin raketinin Suriya paytaxtının
qərbində, İran səfirliyi və konsulluğunun yerləşdiyi Mezze
məhəlləsini vurması nəticəsində azı 7 nəfər həlak olub. Hadisə
yerinə yanğınsöndürmə briqadaları gəlib.
Trend xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, raketlərdən biri Livan və Fələstin
təşkilatlarının nümayəndələri ilə görüşlər üçün istifadə edilən
villaya düşüb. İran səfiri hadisə yerində olub, lakin xəsarət
almayıb.
İran konsulluğu hücum nəticəsində tamamilə dağılıb. İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı,
SEPAH-ın Suriya və Livan üzrə komandanı Məhəmməd Rza Zahedi hava
zərbəsi nəticəsində öldürülüb.
İranın diplomatik missiya kompleksinin yaxınlığında İslam
İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit
bölmələri) hərbi məsləhətçilərinin yaşadığı villalar var.
Xatırladaq ki, yanvarın 20-də eyni şəraitdə İslam İnqilabı
Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin
kəşfiyyat xidmətinin komandiri, general Yusuf Omid Zadə Dəməşqdə
öldürülüb. Daha sonra hücumda 3 təyyarə iştirak edib,
məsləhətçilərin yaşadığı dördmərtəbəli ev tamamilə dağıdılıb.





























