Advertisement

Türkiyə Azərbaycanı Ərzincanda qəbul edəcək

Bakı. Trend:

Qadın futbolçuların Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində B liqasının l qrupunda baş tutacaq Türkiyə –
Azərbaycan matçının məkanı açıqlanıb.

Trend-in İdman.biz
istinadən xəbərinə görə, bu barədə “ay-ulduzlular”ın baş məşqçisi
Necla Güngör Kraqa məlumat verib.

O bildirib ki, mayın 31-də keçiriləcək qarşılaşmada
azarkeşlərdən tam dəstək alacaqlar:

“İstərdik ki, 20, 30, 40 minlik fanat önündə oynayaq. Bu
səbəbdən də bəzi matçlarımız İstanbulda keçiriləcək. Amma gələn ay
Azərbaycana qarşı matçı Ərzincanda oynayacağıq. Əminəm ki,
qarşılaşma dolu tribunalar qarşısında baş tutacaq”.

Qeyd edək ki, millimiz qrupda Türkiyə ilə yanaşı, Macarıstan və
İsveçrə yığmaları ilə üz-üzə gələcək.