
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycandakı
diplomatik korpus üçün iftar mərasimində iştirak edib.
Trend xəbər verir ki, bu barədə XİN başçısı sosial şəbəkədə
yazıb.
“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün iftar
süfrəsində çıxış etməkdən məmnunam. Bu mübarək ayda bütün müsəlman
dünyasına sülh, firavanlıq diləyirik. Qarşılıqlı dəstək və
həmrəylik ümumi təhdidlərlə mübarizə aparmaq və problemlərin
tezliklə həllinə töhfə verməyin açarıdır”, – xarici siyasət
idarəsinin rəhbəri bildirib.





























