İsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olan pilotsuz uçan aparatını
ələ keçirib.
APA xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
“Sirenlər işə düşdükdən sonra İsrail Hərbi Hava Qüvvələri Suriyadan İsrail ərazisinə uçan pilotsuz uçuş aparatını ələ keçirib”, – məlumatda deyilir.























