Advertisement

İmişlidə motosikletlə avtomobil toqquşub, iki nəfər xəsarət alıb

İmişlidə motosikletin avtomobillə toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında İmişli şəhərinin Heydər Əliyev prospektindəki yol ayrıcında baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində xəsarət alan Şamil Həsənli və Amil Babayev İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.