
Bakı. Trend:
“Mançester Siti” Braziliya yığmasının üzvünü transfer siyahısına
daxil edib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, İngiltərə çempionu Lukas Paketa ilə
maraqlanır.
Hələ ötən yayda komandanın baş məşqçisi Xosep Qvardiola
braziliyalı yarımmüdafiəçinin transferinə müsbət rəy vermişdi.
“Mançester Siti” bu keçid üçün “Vest Hem”ə 80 milyon funt ödəməyə
hazır idi. Amma Paketanın adının pul qoyuluşunda hallanması
transferi təxirə salmışdı.
Qeyd edək ki, hazırki mövsümdə Lukas 34 oyunda 7 qol və 7 ötürmə
ilə yadda qalıb.





























