
Bakı. Trend:
Misirin dövlət kanalı olan “Nile news”da “Azərbaycanı kəşf et”
layihəsindən bəhs edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, “Bu səhər” adlı verilişin əvvəlində müasir Azərbaycanın
tanıtımına həsr olunmuş təqdimat nümayiş olunub. “Azərbaycanı kəşf
et” layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf və ICESCO-nun gənc
sülh səfiri Sandi Salem ölkəmiz haqqında geniş məlumat verərək,
“Azərbaycanı kəşf et” layihəsindən bəhs ediblər.
Adıçəkilən layihəyə yerli ictimaiyyət tərəfindən böyük marağın
olduğu vurğulanaraq, artıq layihənin 4-cü buraxılışına start
verildiyi elan edilib. Prezident İlham Əliyev tərəfindən
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsi ilə əlaqədar sözügedən müsabiqənin növbəti buraxılışının
da yaşıl dünya naminə həmrəyliyə həsr olunduğu bildirilib.





























