Advertisement

Ağsu rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində minik avtomobilləri toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, oktyabrın 28-də saat 21 radələrində Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində “KIA” və “JAC” markalı avtomobillər toqquşub.

Nəticədə “KIA”-nın sürücüsü, 1991-ci il təvəllüdlü Tehran Səlimov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.