Advertisement

ABŞ konsulluğumuza hücuma görə məsuliyyətə cəlb olunmalıdır – İran XİN

Bakı. Trend:

İranda ABŞ-nin maraqlarını təmsil edən İsveçrə səfirliyinin
əməkdaşı İranın Xarici İşlər Nazirliyinə çağrılıb.

Trend xəbər
verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir
Abdullahian özünün “X” hesabında məlumat paylaşıb.

Məlumata görə, Vaşinqtonun məsuliyyətə cəlb edilməli olduğu
diplomata bildirilib.

“ABŞ məsuliyyətə cəlb edilməlidir”, – deyən İran XİN rəhbəri
dünya ictimaiyyətini hücuma ciddi cavab verməyə çağırıb.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail
HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 11 nəfər, o
cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya
və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun
müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun