Advertisement

Tovuzda bəy idarə etdiyi avtomobili aşırıb, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı minik maşını yoldan çıxaraq aşıb və ağaca çırpılıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdilib.

Məlumata görə, qəzaya düşən bəy avtomobili olub. Toyu olan bəy 2000-ci il təvəllüdlü E.Huseynov da xəsarət alıb.