Advertisement

Şimali Koreyanın ballistik raket buraxdığı bildirilir

Şimali Koreyanın ballistik raket sınaqdan keçirdiyi bildirilir.

APA xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi idarəsi məlumat yayıb.

Mümkün raket növü barədə hələlik məlumat yoxdur. Sahil Mühafizəsinin məlumatına görə, raket artıq yerə düşüb. İdarənin məlumatlarına əsasən, raket, təxminən 20 dəqiqə uçuşda olub.

Xatırladaq ki, noyabrın 1-də Şimali Koreya özünün ən yeni qitələrarası ballistik raketi “Hwasong-19″u sınaqdan keçirib.