Advertisement

Bu şəxslərlə bağlı qanuna dəyişiklik edilə bilər

Bak. Trend:

“Azərbaycan vətəndaşlığı haqqında” qanunun 3-cü maddəsinin 5-ci
bəndində belə bir cümlə var ki, məcburi köçkünlərə aid olan bütün
güzəştlər Qərbi Azərbaycandan qovulan qaçqınlara da şamil
edilir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli
deyib.

O bildirib ki, deməli, başqa hal nəzərdə tutulub.

“Əgər başqa hal nəzərdə tutulubsa, o cümlə yerində deyil. Bu
məsələyə diqqət yetirilməsini xahiş edirəm”, – deyə o əlavə
edib.

Komitə sədri Musa Quliyev isə qeyd edib ki, “Qaçqınların və
məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən
baxılmalıdır.

“Burada Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə
almalıyıq. Yeni reallıqları nəzərə alaraq, bu qanuna yenidən baxmaq
yaxşı təşəbbüs olar. Aidiyyəti qurumlarla bu məsələni müzakirə edə
bilərik”, – deyə M.Quliyev vurğulayıb.