
Hazırkı Amerika lideri Co Bayden və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp çərşənbə günü, noyabrın 13-də Ağ Evdə görüşəcəklər.
APA xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında yer alıb.
Bildirilib ki, görüşlə bağlı əlavə təfərrüatlar daha sonra veriləcək.





























