Advertisement

Netanyahu: “Son günlərdə Trampla üç dəfə danışmışam”

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla son bir neçə gündə üç dəfə danışdığını bildirib.

APA xəbər verir ki, bu barədə Netanyahu ofisinin videomüraciət yayıb.

“Son bir neçə gün ərzində mən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla üç dəfə danışmışam. Bunlar yaxşı və çox vacib söhbətlər idi. Danışıqlar İsrail və ABŞ arasında möhkəm müttəfiqliyi daha da gücləndirmək məqsədi daşıyır. Biz İran təhlükəsini onun bütün komponentlərini və yaratdığı təhlükəni görürük”, – Netanyahu ofisinin yaydığı videomüraciətdə bildirib.

***

18:00

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezident seçkilərində qalib gələn Donald Trampla son günlərdə üç dəfə danışıb.

APA TASS-a istinadən xəbər verir ki, danışıq zamanı xüsusən də İrandan gələn təhlükəni müzakirə ediblər.