
Bakı. Trend:
19-21 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə FIG Dünya
Kuboku keçiriləcək.
Trend xəbər
verir ki, Milli Gimnastika Arenasında keçirələcək yarışlarda
dünyanın 40-dan çox ölkəsinin nümayəndəsi çıxış edəcək.
Gimnastlar fərdi və qrup hərəkətləri proqramında çıxış
edəcəklər. İdmançılar ayrı-ayrı predmetlər və çoxnövlülük üzrə
mükafatlar uğrunda mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, “AGF Trophy” kuboku qrup hərəkətlərində
çıxışına görə ən yüksək bal toplayan idmançıya və komandaya
veriləcək.
Qeyd edək ki, bu, sayca Azərbaycanda keçiriləcək bədii
gimnastika üzrə 10-cu Dünya Kuboku olacaq.
Gimnastların möhtəşəm çıxışlarını izləmək istəyənlər biletləri
onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından
əldə edə bilərlər.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























